VAKANSİYA

01 May

VTB (Azərbaycan) VAKANSİYA elan edir

VTB Bank korporativ kredit analitiki vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı öhdəlikləri və tələbləri təqdim olunub.

Tələblər: 

Bank, investisiya şirkəti, reytinq agentliyi və ya digər maliyyə institutlarında analitik kimi iş təcrübəsi;
CASH FLOW, PL, borc portfelinin təhlili, biznes planı, kredit girovu üzrə biliklər;
Əməliyyatları müstəqil şəkildə strukturlaşdırmaq, aparılan təhlillər əsasında proqnozlar və tövsiyələr vermək, təhlilin nəticələrini yazılı şəkildə səriştəli təqdim etmək bacarığı;
Azərbaycan Respublikasının Mərkəzi Bankın normativ aktlarına bələd olma;
ACCA peşə ixtisaslaşması üzrə baza sertifikatları arzuolunandır;
Rus dilində səlis danışmaq (ingilis dili arzuolunandır);
Məsuliyyətlilik, operativlik, ünsiyyətcil olma və komandana işləmək bacarığı.

Vəzifələri:

Korporativ müştərilərin ödəniş qabiliyyətinin qiymətləndirilməsinin aparılması;
Müvafiq kredit komitəsində  qərarların qəbul edilməsi məqsədilə, kredit sazişlərinin   strukturlaşdırılması və müvafiq rəylərinin hazırlanması
korporativ müştərilərinin kredit dosyelərinin  formalaşdırılması və aparılması.
Tələblərə uyğun namizədlərdən şəxsi anket formasını elektron poçt ünvanına göndərmələri xahiş olunur (CV formaları, mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərilməlidir).