AVTO

25 Aprel

Mercedes-dən Çinə yaşıl işıq

Mercedes Benz şirkətin Baidu internet şirkəti kimi Çinli tərəfdaşlarına investisiya qoymağa davam edəcəyini açıqlayıb. Şirkət həmçinin Çinin qlobal strategiyası üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Fins.az xəbər verir ki, Hubertus Troska, Baidu şirkətinin baş direktoru Robin Linin qatıldığı Pekin avtosalonunda keçirilən mətbuat konfransında bildirib ki, Çin "ən dinamik yeni enerji avtomobilləri bazarıdır".

Mercedes-in satış rəhbəri Duan Jianjun eyni tədbirdə şirkətin elektrikləşdirmədən imtina etməsi ilə bağlı "şayiələri" dağıtmaq ümidi ilə sərgiyə bir sıra elektrik modelləri gətirdiklərini söyləyib.

Qeyd edək ki, fevral ayında Mercedes elektrikli avtomobillər üçün satış hədəflərinin bir qismini beş il müddətinə təxirə salıb. İnvestorlara daxili yanma mühərriki modellərini inkişaf etdirməyə davam edəcəyini açıqlayıb.

Günel Məlikzadə
Fins.az