DÜNYA

24 Aprel

Aprel ayında Almaniyada Biznes Mühiti İndeksi proqnozları üstələyib

Alman İqtisadiyyat İnstitutu “İfo” tərəfindən hesablanan Almaniyanın Biznes Mühiti İndeksi mart ayı ilə müqayisədə aprel ayında 87.9 bənddən 89.4 bəndədək yüksəldi. Analitiklər aprel ayında indeksin 88.9 bənd səviyyəsinə çatacağını proqnozlaşdırmışdılar.

Fins.az xəbər verir ki, “Ifo” Cari Vəziyyət İndeksi mart ayında 88.1-dən 88.9-a yüksəldi. Analitiklər göstəricinin 88.7 bəndə kimi artacağını proqnozlaşdırmışdılar. İqtisadi Proqnozlar İndeksi bir ay əvvəlki 87.7 bənd səviyyəsindən 89.9 bəndə yüksələrək 88.9 bəndlik proqnozu üstələdi.