AQRO

24 Aprel

Qazaxıstan əkin kampaniyası üçün əlavə 400 milyard təngə cəlb edəcək

Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyi yaz-tarla işlərinin maliyyələşdirilməsinə əlavə büdcə vəsaiti ayrıldığını açıqlayıb.

Fins.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin aydınlaşdırdığı kimi, 2024-cü ildə əkin işlərinin güzəştli kreditləşdirilməsinə “Kənd Təsərrüfatı Kredit Korporasiyası” SC vasitəsilə 140 milyard tenge, “Ərzaq Korporasiyası” SC vasitəsilə isə 40 milyard tenge məbləğində büdcə vəsaiti artıq ayrılıb. Nazirliyin məlumatına görə, yaz-tarla işləri üçün ayrılan maliyyə çatışmazlığı təxminən 1,3 trilyon tenge təşkil edir.

Bununla belə, Qazaxıstan Respublikası hökuməti əkin kampaniyası üçün maliyyə vəsaitlərinə çıxış imkanlarının artırılması üzərində işləyir.

Belə ki, dövlət başçısının tapşırığı ilə yaz-tarla işlərinin aparılması üçün kreditlərin faiz dərəcəsinin subsidiyalaşdırılmasına vəsait ayrılmaqla əlavə olaraq 400 milyard təngəyə qədər vəsait cəlb olunacaq.

Qeyd olunur ki, bu məqsədlər üçün hökumət ehtiyatından 60 milyard tenge ayrılacaq ki, bu da borc götürülmüş kreditlərin dəyərinin aşağı salınmasına, eləcə də kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən kreditlərin təminatına yönəldiləcək.

Günel Məlikzadə
Fins.az