BAZAR

25 Aprel

Azərbaycanda 5 illik dövr ərzində KOB subyektlərinin sayı 54% artıb

KOB subyektlərinin yeni bölgü meyarlarının tətbiq edildiyi, eləcə də KOBİA-nın fəaliyyətə başladığı  2018-ci il daxil olmaqla 5 illik dövr ərzində KOB subyektlərinin sayı 54% artıb.

Fins.az xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “Sahibkarlar Günü"nə həsr olunmuş "Azərbaycanın sosial-iqtisadi inkişafının yeni dövrü" mövzusunda keçirilən konfransında deyib.

Onun sözlərinə görə, bu müddətdə KOB–ların qeyri/neft-qaz sektoru üzrə əlavə dəyərdə payı 23,5%-dən 27,2%-ə yüksəlib:

“ KOB-lar tərəfindən yaradılan əlavə dəyərin həcmi 74%-dən çox artaraq təqribən 17,2 milyard manat təşkil edib. KOB-ların işçilərinin sayında da müsbət dinamika müşahidə olunur. Belə ki, hesabat dövründə bu göstərici 31% qədər artaraq 370 min nəfəri keçib”.

Fuad Mədətov
Fins.az