BİRJA

24 Aprel

“Baker Hughes” səhmləri 3.4% ucuzlaşıb

Amerikanın neft xidmətləri göstərən şirkəti “Baker Hughes”-un səhmlərinin qiyməti əsas hərracların bağlanmasından sonra 3.4% ucuzlaşıblar. İnvestorlar şirkətin dərc olunmuş maliyyə hesabatlarını qiymətləndirirlər.

Fins.az xəbər verir ki, “Baker Hughes”-un səhmlərinin dəyəri ticarət sessiyasından sonraki dövrdə 3.39% ucuzlaşaraq 31.9$ təşkil ediblər. Çərşənbə axşamı günü səhmlər 1.73% bahalaşaraq bir səhm üçün 33.02$-a ticarət olunurdular.

“Baker Hughes”-un ana şirkətinə aid olan xalis mənfəəti ötən rübdə illik müqayisədə 21% azalaraq 455 milyon dollara düşüb. Səhm başına mənfəət bir il əvvəlki dövr ilə müqayisədə 0.57$-dan 0.45$-a enib.

Səhm üzrə düzəliş edilmiş mənfəət (Adjusted Earnings) 0.43$ təşkil edib ki, bu da proqnozlaşdırılan 0.39$-dan yüksəkdir. Şirkətin üç hesabat ayı ərzində gəliri illik müqayisədə 12.3% artaraq 6.418 milyard dollara çatıb. Analitiklər isə göstəricinin 6.37 milyard dollar olacağını ehtimal edirdilər.

Qeyd etmək lazımdır ki, “Baker Hughes” dünyanın 120-dən çox ölkəsində fəaliyyət göstərən Amerikanın neft xidmətləri göstərən şirkətidir. İşçi heyəti təxminən 58 min nəfərdir. Şirkət həmçinin 1944-cü ildən bəri ABŞ və Kanadada qazma qurğularının sayındakı dəyişikliklər haqqında həftəlik məlumat təqdim edir. 1975-ci ildən isə şirkət hər ay bütün dünyada qazma qurğularının sayını dərc edir.