MARKETİNQ

25 Aprel

" Nvidia" Run:ai-ni satın alır

ABŞ-ın çip şirkəti Nvidia müştərilərin süni intellekt hesablama resurslarından daha səmərəli istifadə etmələrinə kömək edəcək proqram təminatçısı Run:ai-ni əldə etmək üçün razılaşmanın edildiyi açıqlayıb.

Fins.az xəbər verir ki, məhsuldar süni intellektin, tövsiyə sistemlərinin, axtarış sistemlərinin, digər iş yüklərinin idarə edilməsinin və təşkilinin mürəkkəb planlaşdırma tələb etdiyinə diqqət çəkilib. Qeyd edilir ki, İsrailin Run:ai şirkəti korporativ müştərilərə öz hesablama infrastrukturlarını şirkətiçində, buludda, hibrid mühitdə idarə etmək və optimallaşdırmaq imkanı verir. 

Məqalədə Run.ai ilə imzalanan müqavilənin maliyyələşdirilməsi ilə bağlı məlumat paylaşılmasa da, bir İsrail qəzeti alışın dəyərinin təxminən 700 milyon dollar olduğunu bildirib.

 

Günel Məlikzadə
Fins.az