QARABAĞ

19 Yanvar

Sülhməramlıların daha 6 avtomobilinin aksiya ərazisindən sərbəst keçidi təmin olunub

Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 39-cu günündə də Rusiya sülhməramlılarına məxsus avtomobillər aksiya ərazisindən maneəsiz hərəkət edirlər.

Fins.az AZƏRTAC-a istinadən xəbər verir ki, hazırda sülhməramlılara məxsus 6 avtomobilin Laçından Xankəndi istiqamətinə sərbəst hərəkətinə şərait yaradılıb.

Bu, bir daha onu göstərir ki, ərazidə hərəkət sərbəstdir.

Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.