DÜNYA

19 May

Böyük Britaniyadan 1 milyard funt sterlinq çip investisiya planı

Böyük Britaniya növbəti 10 il ərzində çip tədarükünü təmin etmək üçün 1 milyard funt sterlinqlik investisiya planı və strategiyasını elan edib.

Fins.az xəbər verir ki, Britaniya hökumətindən verilən açıqlamaya görə, ölkə Milli Yarımkeçirici Strategiyası ilə çip tədarükünü iki dəfə artırmağı, eyni zamanda bu sahədə dizayn və tədqiqat səylərini artırmağı planlaşdırır.

Hökumət sərmayənin 200 milyon funt-sterlinqinin 2023-2025-ci illərdə həyata keçirilməsi gözlənildiyini açıqlayıb.

Zəminə Hüseyn
Fins.az