DÜNYA

30 Noyabr

Avrozonada inflyasiya 10%-ə enib

Avrozonanın 19 ölkəsində illik inflyasiya, ilkin hesablamalara görə, noyabrda bir ay əvvəlki 10,6%-dən 10%-ə enib.

Bu barədə Avropa İttifaqının Statistika İdarəsi olan “Eurostat”a istinadən xəbər verir.

Məlumata görə, “DailyFX” portalının sorğusuna qatılan analitiklər indeksin yalnız 10,4%-ə qədər yavaşlamasını gözləyirdilər.