AQRO

13 Mart

Qaxda heyvandarlıq məhsullarının istehsalı artıb

Bu ilin yanvar-fevral aylarında Qax rayonunun fermer təsərrüfatlarında və kənd təsərrüfatı müəssisələrində 369,9 ton diri çəkidə ət, 1528,4 ton süd, 1 milyon 416 min ədəd yumurta istehsal olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ət və yumurta istehsalında artım qeydə alınıb.

Bu barədə Qax Rayon Statistika İdarəsindən məlumat verilib.

Qurumdan bildirilib ki, istehsal olunan diri çəkidə ətin 364 tonu, südün 1491,2 tonu, yumurtanın isə hamısı ailə kəndli ev və sahibkar təsərrüfatlarının payına düşür. Rayonda fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələrində isə iki ayda 5,9 ton ət, 37,2 ton süd istehsal olunub.