VAKANSİYA

20 Dekabr

Azersun Holding işçi axtarır – VAKANSİYA

Azersun Holding Müsahibəçi (intervyuer) vəzifəsinə işçi axtarır.

Tələblər:

  • Natamam ali təhsil
  • 18-35yaş xanım namizədlər
  • Azərbaycan dilində sərbəst danışıq və fikrini aydın izah etmə bacarığı olmalı;
  • Səbrli və nəzakətli olmalı;
  • Məsuliyyətli, dürüst və ünsiyyət qurma bacarığı olmalı;
  • Komanda ilə çalışmağı bacarmalı;
  • Könüllülük təcrübəsi olması üstünlükdür.

İş haqqında məlumat:

  • Bakı və Gəncə şəhərlərində müxtəlif layihələr çərçivəsində fərqli mövzularda fərdi yaşayış və qeyri-yaşayış ünvanlarında şəxslərdən üz-üzə müsahibə götürmək (planşet vasitəsilə).
  • İş yeri: Səyyar (şəhərin müxtəlif əraziləri)
  • İş saatları: günlük 5-6 saat (razılaşdırılmış qrafiklə)
  • Əmək haqqı fərdi görülmüş işin həcmindən (anket sayı) asılı olaraq xidməti müqaviləyə əsasən ödənilir.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

Email-in mövzu hissəsində “Müsahibəçi (intervyuer)"qeyd etməyiniz xahiş olunur.