BAZAR

08 May

Polad məhsulları ixracı 12 faiz artıb - Türkiyə

2024-cü ilin yanvar-aprel aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq, 5,2 milyard dollara bərabər olub.

Fins.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu ilin mart ayında Türkiyə 1,2 milyard dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 13,6 faiz çoxdur.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2023-mart 2024) Türkiyə 15,4 milyard dollar məbləğində polad məhsulları ixrac edib.

Fuad Mədətov
Fins.az