BAZAR

08 May

Son 1 il ərzində Türkiyə 18,3 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib

2024-cü ilin yanvar-aprel aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 13,8 faiz azalaraq, 5,8 milyard dollara bərabər olub.

Fins.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu ilin aprel ayında Türkiyə 1,2 milyon dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 17,8 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2023-aprel 2024) Türkiyə 18,3 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.

Fuad Mədətov
Fins.az