AQRO

08 May

Kakaonun qiyməti kəskin ucuzlaşdı

Aprel ayında Nyu York birjasında kakao məhsulun 1 tonunun qiyməti 11 722 dollar qeydə alınıb.

Fins.az xəbər verir ki, may ayında isə məhsulun qiymətində 30 faizə yaxın azalma olub. Hazırda kakao paxlasının 1 tonu təxminən 8400 dollara təklif edilir. Son illərdə kakaonun 1 tonunun qiyməti 2500 dollar ətrafında dəyişib. Bu ilin ilk 4 ayında isə məhsul 4 dəfədən çox bahalaşıb. Xarici KİV-də bahalaşma və kəskin ucuzlaşmanın real səbəbi barədə məlumat verilib.

"Figaro"nun əldə etdiyi məlumata görə, beynəlxalq aktorlardan biri qiyməti 20 000 dollara qaldırmaq üçün məhsulu kütləvi şəkildə almağa başlayıb. Lakin digər böyük alıcılar əksinə, bütün alışları dayandırıblar və son nəticədə may ayında ciddi ucuzlaşma qeydə alınıb. Qiymətlərin bir qədər də aşağı düşəcəyi gözlənilir.