SIĞORTA

05 Fevral

Ləğv prosesində olan "Dəmirbank" ASC-nin kreditorlarının diqqətinə!

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Dəmirbank" ASC-nin kreditorlarının diqqətinə çatdırır ki, növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti ödənişi 05 fevral 2024-cü il tarixdən etibarən başlayacaqdır.

Tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcəkdir.

Kreditorlardan xahiş olunur ki, tələblərin ödənişi ilə bağlı Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Babək prospekti 16 ünvanında yerləşən binasına müvafiq sənədlərlə müraciət edərək ödəniş üçün bank rekvizitlərini təqdim etsinlər.

Əlavə məlumat almaq üçün ünvan və  əlaqə nömrələri:

Bakı şəhəri
Babək prospekti 16
Qaynar xətt: (+994) 941

Fuad Mədətov
Fins.az