SƏNAYE

26 May

Kocaelidə investisiya təşviqi sertifikatlarının 80%-ni emal sənayesi əhatə edib

Sənaye və Texnologiya Nazirliyinin məlumatlarına görə, yanvar-mart dövründə Kocaelidə ediləcək investisiyalar üçün verilən investisiya təşviqi sertifikatlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 133% artıb.

Fins.az "Anadolu Ajansı"na istinadən xəbər verir ki, sözügedən dövrdə verilən investisiya təşviqi sertifikatlarının 80%-ni emal sənayesi investisiyaları əhatə edib.

Enerji sektorunda 22, xidmətlər sahəsində 14, kənd təsərrüfatı və mədənçıxarma sahəsində hər bir layihə üzrə investisiya təşviqi sertifikatı verilib.

Zəminə Hüseyn
Fins.az