AQRO

26 Aprel

Ukraynada yaz əkini yarıya çatır

Aprelin 25-nə Ukraynada 2,546 milyon hektar yazlıq taxıl və paxlalı bitkilər və ya planlaşdırılan sahənin (5,601 milyon ha) 45,5 faizi əkilib.

Fins.az xəbər verir ki, bu baradə Aqrar Siyasət Nazirliyinin məlumat verib.

Ümumi əkin dinamikası aşağıdakı kimidir:

  • Buğda - 223,3 min ha və ya planın 90,7 faizi (246,1 min ha);

  • Arpa - 761,5 min ha və ya planın 93,1 faizi (818 min ha);

  • Noxud - 159,2 min ha və ya planın 99,6 faizi (159,9 min ha);

  • Yulaf - 146,6 min ha və ya planın 90,1 faizi (162,7 min ha);

  • Qarğıdalı - 1,189 mln.ha və ya planın 30%-i (3,912 mln.ha);

  • qarabaşaq yarması - 0,7 min ha və ya planın 1 faizi (124,8 min ha);

  • Darı - 3,7 min ha və ya planın 4 faizi (85,3 min ha).

Yağlı bitkilərə gəlincə, hesabat tarixinə 2 milyon hektara yaxın günəbaxan və ya planlaşdırılmış sahənin 38 faizi (5,288 milyon hektar), soya 28,6 min hektar və ya 1,99 milyon hektar plan üzrə 10 faiz təşkil edib. .

Bundan əlavə, 238,7 min ha və ya planın 93 faizi (256,5 min ha) olmaqla şəkər çuğundurunun əkini başa çatmaq üzrədir.

Günel Məlikzadə
Fins.az