DÜNYA

23 May

Qlobal xam polad istehsalı aprel ayında azalıb

Baş ofisi Brüsseldə yerləşən Dünya Polad Assosiasiyası (Worldsteel) aprel ayı xam polad istehsalı məlumatlarını açıqlayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki,qlobal xam polad istehsalı aprel ayında keçən ilin eyni dövrü ilə müqayisədə 2,4 %  azalaraq 161,4 milyon ton olub.

Dünyanın ən böyük polad istehsalçısı olan Çinin sözügedən dövrdə istehsalının 1,5 % azalaraq 92,6 milyon tona çatdığı təxmin edildi.

Yaponiyanın istehsalı 3,1 % azalaraq 7,2 milyon tona, Almaniyanın istehsalı 3,8 % azalaraq 3,2 milyon tona, ABŞ istehsalı isə 5,3 % azalaraq 6,6 milyon tona düşüb.

Türkiyənin xam polad istehsalı aprel ayında əvvəlki ilin eyni dövrünə görə 20,6 % azalaraq 2,7 milyon tona geriləyib.

Zəminə Hüseyn
Fins.az