DÜNYA

17 May

Avrozonada inflyasiya apreldə 7 % olub

Avropa Statistika İdarəsi (Eurostat) aprel ayı üzrə Avropa İttifaqı (Aİ) və Avrozona üzrə yekun inflyasiya məlumatlarını açıqlayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, inflyasiya aprel ayında illik bazda 7 faizə yüksəlib.

İnflyasiya əvvəlki ayla müqayisədə 0,6 faiz artıb. Aİ-də mart ayında yüzdə 8,3 olan illik inflyasiya aprel ayında yüzdə 8,1 olaraq təyin olundu.

Avrozonada inflyasiyanın 2,75 faizini ərzaq, alkoqol və tütün məmulatları, 2,21 faizini xidmətlər, 1,62 faizini qeyri-enerji sənayesi məhsulları, 0,38 faizini enerji məhsulları təşkil edib.

İllik inflyasiya Macarıstanda 24,5 faiz, Latviyada 15 faiz, Çexiyada 14,3 faiz, Slovakiya və Polşada 14 faiz, Litvada 13,3 faiz, Estoniyada 13,2 faiz, Rumıniyada 10,4 faiz, Bolqarıstanda 10,3 faiz təşkil edib. Beləliklə, Aİ-yə üzv olan 9 ölkədə inflyasiya ikirəqəmli rəqəmlə ölçülüb.

Sözügedən dövrdə inflyasiya İtaliyada 8,7 faiz, Almaniyada 7,6, Fransada isə 6,9 faiz təşkil edib.

Zəminə Hüseyn
Fins.az