AQRO

20 Aprel

Azərbaycanda aqrar sektor 3%-dən çox böyüyüb

Azərbaycanda bu ilin yanvar-mart aylarında 1 milyard 340 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.

Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,4% çoxdur.

Son 1 ildə ölkədə istehsal edilmiş bitkiçilik məhsullarının dəyəri 1,3% artaraq 76 milyon manat, heyvandarlıq məhsulların dəyəri isə 3,5% artaraq 1 milyard 264 min manat təşkil edib.

I rübdə ölkədə diri çəkidə 138,3 min ton ət, 501,4 min ton süd, 543,5 milyon ədəd yumurta və 94 min ton tərəvəz istehsal olunub. 1 il əvvələ nisbətən ət istehsalı 3%, süd istehsalı 1,7%, yumurta istehsalı 14%, tərəvəz istehsalı isə 0,1% artıb.