AQRO

09 May

Tovuzda 9 min 600 hektardan artıq sahəyə kənd təsərrüfatı bitkiləri əkilib

İqtisadiyyatının əsasını kənd təsərrüfatının müxtəlif sahələrinin təşkil etdiyi Tovuz rayonunda bitkiçiliyin həm ənənəvi, həm də qeyri-ənənəvi sahələrinə maraq ildən-ilə artmaqdadır.

Rayon icra hakimiyyətindən Fins.az-a bildirilib ki, bu il 1 may tarixinə olan məlumata əsasən, Tovuzda 9 min 606 hektarda əkin işləri aparılıb.

Qeyd edilib ki, bu vaxtadək sahələrə 6 min 148 hektar kartof, 1141 hektar tərəvəz, 179 hektar yonca, 917 hektar dən üçün qarğıdalı, 13 hektar bostan bitkiləri, 2 hektar dən üçün günəbaxan, 1196 hektar şəkər çuğunduru və 10 hektar tütün əkilib.

Keçən ilin müvafiq dövrünə nisbətən rayonda kənd təsərrüfatı məhsullarının istehsalında 5 faiz artım qeydə alınıb.