VAKANSİYA

26 May

Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri

Öz peşəkar qabiliyyətlərinə güvənən, bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Respublikasında aparılan iqtisadi islahatların daha da genişləndirilməsi və onların müntəzəmliyinin təmin edilməsi, stimullaşdırıcı mexanizmlərdən və innovasiyalardan istifadə edilməsi, yeni konseptual yanaşmaların tətbiqi, mövcud iqtisadi potensialdan və əlverişli investisiya mühitindən daha səmərəli istifadə edilməsi istiqamətində ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini vermək istəyən, strateji baxış və analitik təhlil keyfiyyətləri olan hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Fins.az vakansiya ilə bağlı vəzifə öhdəlikləri təqdim edir.

Vakansiya: Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri

Vəzifə öhdəlikləri:

  1. monitorinq və qiymətləndirmə şöbəsinin fəaliyyətinin illik planlaşdırılmasını aparmaq, fəaliyyət planının icrasına rəhbərlik etmək, görülmüş işlərlə bağlı aidiyyəti üzrə rəhbərliyə dövrü hesabatların təqdim olunmasını təmin etmək;
  2. monitorinq  və qiymətləndirmə üçün informasiyaların yığımı, təhlili və qiymətləndirilməsi məqsədilə analitik işlərin aparılmasına rəhbərlik etmək, praktik tövsiyələr hazırlamaq;
  3. monitorinq və qiymətləndirmə üçün analitik və metodik təminat hazırlamaq;
  4. monitorinq və qiymətləndirmənin həyata keçirilməsi üçün uyğun metodologiyanın seçilməsini təmin etmək və monitorinq və qiymətləndirilmə işlərini planlaşdırmaq;
  5. monitorinqin aparılması alətlərinin seçilməsi və müvafiq sənədlərin hazırlanmasını təşkil etmək;
  6. Mərkəzin monitorinq və qiymətləndirmə sisteminin təkmilləşdirilməsi istiqamətində beynəlxalq təcrübəyə əsaslanaraq təkliflər hazırlamaq;
  7. monitorinq tədbirlərinin planlaşdırılması və həyata keçirilməsini təşkil etmək;
  8.  iqtisadi yönümlü dövlət proqramlarının monitorinqi və qiymətləndirilməsinin aparılmasını təşkil etmək;
  9.  icra müddəti bitmiş dövlət proqramlarının yekun (eləcə də səmərəliliyinin) qiymətləndirilməsini təşkil etmək;
  10.  monitorinq və qiymətləndirmə hesabatlarının hazırlanmasını koordinasiya etmək və hesabatın hazırlanmasına nəzarət etmək.

Təhsil və ixtisas tələbləri: ekonometrika, iqtisadiyyat və idarəetmə, maliyyə və ya digər müvafiq istiqamətlərdən biri üzrə elmi dərəcə;

Staja dair tələb: müvafiq sahədə minimum 5-7 il iş təcrübəsi;

Kompüter biliklərinə dair tələblər: MS Office, Internet və s. - yüksək səviyyədə, statistik, ekonometrik və riyazi tətbiqi proqramlar (arzuolunandır); 

Dil bilikləri: Azərbaycan və ingilis – yüksək səviyyədə, rus və digər xarici dil bilikləri arzuolunandır;

Xüsusi bacarıqlar: yüksək səviyyədə analitik təhlil və düşüncə qabiliyyəti (makroiqtisadiyyat, sənaye, innovativ iqtisadiyyat və s.), dünyagörüşü, təşkilatçılıq səriştəsi, komandada işləmək bacarığı, problemi həll etmək və qərar qəbuletmə qabiliyyəti, ünsiyyət qabiliyyəti.

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini faylı ad və soyadla adlandırmaqla 2023-cü il 14 iyun tarixinədək vacancy@ereforms.gov.az   elektron poçt ünvanına göndərə bilərlər.

Elektron məktubun mövzu hissəsində müraciətin məqsədinin (vakansiyanın adı) qeyd edilməsi xahiş olunur. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.