VAKANSİYA

22 May

Access Bank VAKANSİYA elan edir

Access Bank İT Biznes analitik vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı təsvir və tələbləri təqdim olunub.

 

Təsvir:

Bankın biznes müraciətlərinə uyğun olaraq biznes ilə birgə çalışmaq, tələbləri formalaşdırmaq;
Biznes prosesləri və alqoritmləri tərtib etmək;
Sistem üzrə tərtibatçılar üçün funksional / texniki tələbləri, və ümumi hədəfləri qoymaq;
Sistem təminatını test etmək;
Sistem təminatı üzrə təlimatları hazırlamaq.

Tələblər:

Ali təhsil;
Bank/maliyyə sektorunda təcrübə arzuolunandır;
Azərbaycan və ya rus dili (ingilis dili arzuolunandır);
MS-Office (Word, Excel, PowerPoint, Visio) proqramlar üzrə bilikli olmaq;
Analitik bacarıqlar;
Detallara diqqət.