VAKANSİYA

17 May

TuranBank VAKANSİYA elan edir

"TuranBank" Kredit risklərinin idarə edilməsi üzrə mütəxəssis/aparıcı/baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı vəzifə öhdəlikləri və tələbləri təqdim olunub.

Vəzifəyə olan tələblər:
Bakalavr (Risk menecment,maliyyə,iqtisadiyyat,ekonometrika və s. oxşar sahələr);  
Kredit riskləri və ya digər müvafiq sahədə təcrübə;
Şəffaflıq və etik davranış standartlarının tələblərinə malik olma;
Komanda daxilində işləmə bacarığı və təşəbbüskar olmağı;
Mərkəzi Bank qaydalarının tələblərini bilmək;
 Stress altında işləmə qabiliyyəti;
 MS Office (Excel/Word/Powerpoint) yüksək səviyyədə bilmək;
Ekonometrika,statistik analitika haqqında biliklər arzuolunandır;
İngilis dili (ən azı intermediate səviyyə)
CFA,FRM,PRM üzrə hər hansı mərhələni keçən namizədlərə üstünlük veriləcək; 
Risk menecmentlə bağlı digər sertifikatları olan namizədlərə (CERM və s.) üstünlük veriləcək;
VBA, R, Python,Power BI üzrə biliklər arzuolunandır;
Vəzifə öhdəlikləri:
Kredit risklərinin müəyyənləşdirilməsi,qiymətləndirilməsi, və  ölçülməsində iştirak etmək, müvafiq təkliflər hazırlamaq və rəhbərliyə təqdim etmək;
Yaradılan yeni kredit məhsulları üzrə potensial risklərinin müəyyən edilməsi və təkliflərin verilməsi;
Kredit risklərinin ölçüməsi ilə bağlı metod və modellərin təkmilləşdirilməsi və hesabatlılığını təmin etmək;
Stress-test modellərinin hazırlanması, tətbiq edilməsi və nəticələrinin analiz olunması;
Risk limitlərinin hesablanmasına dair təkliflər verilməsi;
Kredit riskinin Mərkəzi Bank və bankdaxili qaydalara əsasən nəzarət edilməsi;
Şöbənin fəaliyyəti ilə bağlı digər vəzifələri həyata keçirmək.

Bizim təkliflərimiz:
Rəqabətli əmək haqqı
Beynəlxalq imtahanlara(CFA,FRM və s.) hazırlıqda dəstək
Treninqlərdə iştirak etmək imkanları
Anketlərinizi göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən Mövzu hissəsinə “Kredit riskləri mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis” yazmağı unutmayın.