VAKANSİYA

19 Dekabr

Zeytun Pharmaceuticals işçi axtarır – VAKANSİYA

Zeytun Pharmaceuticals Mal ehtiyatına nəzarət üzrə mütəxəssis (Gəncə şəhəri) vəzifəsinə işçi axtarır.

Vəzifə öhdəlikləri:

  • Anbarın mal ehtiyatına nəzarət etmək;
  • Anbar məhsullarının hərəkəti üzrə hesabatların hazırlanması;
  • Anbar mal qalığına və malların son istifadə tarixlərinə nəzarət etmək;
  • Anbarda hər hansı çeşid üzrə mal ehtiyyatı azaldığı təqdirdə aidiyyəti struktur bölmələri məlumatlandırmaq;
  • Anbar prosedurlarına və bu prosedur zamanı sənədləşmənin düzgün aparılmasına nəzarət;
  • Satış və çatdırılma şöbəsinin proqnozuna uyğun olaraq anbarları mal ehtiyyatı ilə təmin etmək;
  • Əmək funksiyalarını icra etmək məqsədi ilə  digər müvafiq struktur bölmələrlə sıx əməkdaşlıq etmək;  
  • Müvafiq hesabatın hazırlanması və rəhbərliyə təqdim olunması;

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahəsində 3 il iş stajı;
  • Yuksək analitik və problemlərin həll etmə bacarıqları;
  • Komanda ilə işləmə və rəhbərlik etmə bacarığı;
  • Dil bilikləri: Azərbaycan dili səlist, xarici dil bilikləri olanlara üstünlük verilir;
  • MS Office proqramlarının (Word,Excel,)
  • 1C programı üzrə mükəmməl bilik səviyyəsi;

İş şəraiti:

  • Karyera yüksəlişi imkanı;
  • Əmək haqqı danışıq əsasında təyin olunacaq. 

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi [email protected] elektron ünvanına göndərin. Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.