VAKANSİYA

18 Fevral

PAŞA Sığorta işçi axtarır - VAKANSİYA

“PAŞA Sığorta” ASC namizədləri Müştəri münasibətləri və hüquqi təminat üzrə mütəxəssis/ baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

• Sığorta hadisələri üzrə iddiaların tam və düzgün tənzimlənməsi prosesinə nəzarətin təmin edilməsi;
• Sığorta hadisələri barədə gündəlik məlumatların əldə edilməsi və prosesin tənzimlənməsi;
• Sığorta iddiaları prosesində mübahisə yaradan məqamlarda sığortalı və onların nümayəndələrinin qəbul edilməsi, tərəflər arasında imzalanmış müqavilə əsasında sığorta ödənişi üzrə bütün mübahisəli məqamları araşdıraraq tənzimlənməsi;
• Qeydiyyata alınmış işlərin araşdırılması və mümkün sığorta dələduzluğu faktlarının ortaya çıxarılması prosesinə birbaşa nəzarət edilməsi;
• İcraatda olan işlərə ümumi nəzarətin həyata keçirilməsi;
• Dövlət və qeyri-dövlət qurumlar ilə və həmçinin təkrarsığortaçılar ilə danışıqların aparılması;
• Sığorta hadisəsinin tənzimlənməsi prosesinin gedişində üçüncü (müstəqil) tərəfin cəlb olunmasının təşkili və yekun rəyin əldə edilməsi;
• Sığorta ödənişlərinə nəzarət edilməsi; əsassız xərclərin qarşısının alınması;
• Departament əməkdaşlarının şöbələr arası qarşılıqlı əməkdaşlığının təşkil edilməsi və nəzarət edilməsi;
• Departament əməkdaşlarının vəzifə öhdəliklərinə və əmək nizam-intizamına riayət etmələrinə nəzarət edilməsi;
• Departament əməkdaşlarının işlərinin qiymətləndirilməsi prosesində iştirak;
• Sığorta iddialarının tənzimlənməsi prosesinin təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması və həmçinin Departament əməkdaşlarının təkliflərinin rəhbərliyə təqdim edilməsi;
• Sistemin təkmilləşdirilməsi üçün irəli sürülən təkliflərə müvafiq sənədlərin hazırlanması və tətbiqinə nəzarət;
• Departamentin ümumi işində nöqsanların aradan qaldırılmasına cavabdehlik;
• Zəruri hallarda Şirkətin məhkəmə orqanlarında təmsil etmək;
• Birbaşa rəhbərin tapşırıqlarının yerinə yetirilməsi.

BİLİKLƏR

• Ali təhsil – arzu olunan hal olaraq hüquqi təhsil;
• Dil bilikləri: Azərbaycan, rus və ingilis dillərini bilmək;
• Mövcud qanunvericilikləri bilmək, YNH haqqında bilik, avtomobil hissələrinin bazar dəyəri, servis xidmətləri, Yol Hərəkəti Qaydaları biliyi və avtomobil mexanizmi haqqında texniki bilik;
• Şirkətdə fəaliyyətdə olan sığorta qaydaları biliyi.

TƏCRÜBƏ

• Sığorta şirkətində iddiaların tənzimlənməsi sahəsində minimum 2 il iş təcrübəsi.

BACARIQLAR

• Ünsiyyət qurmaq bacarığı;
• Problemlərin həlli bacarığı;
• Komanda ilə işləmək bacarığı,
• Liderlik;
• Əməkdaşları daha yaradıcı işə təlqin etmək;
• Müştərilərlə iş üsulları biliyi.

Son müraciət tarixi: 29 fevral, 2020.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.