SOSİUM

16 May

Bakıda “GələcəkSƏN” adlı tədbir keçirilib - FOTO

Mayın 13-də Bakıda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 İlliyinə həsr olunmuş “GələcəkSƏN” adlı tədbir keçirilib.

Fins.az xəbər verir ki, tədbir gənc və ortayaşlı  xanımların  sağlamlığı, təhsili , karyerası  və inkişafı üçün nəzərdə  tutulub.

Aparıcının təqdimatı ilə başyalan rəsmi açılış mərasimi tədbirə dəvət olunan qonaqların nitqi ilə davam edib. Müxtəlif ictimai birlik və qeyri- hökumət təşkilatlarının rəhbərləri , eləcə də tanınmış simalar çıxış edərək tədbirin önəmini bir daha vurğulayıb. 

Tədbir zamanı xanımlar müxtəlif peşə sahibləri tərəfindən maraqlı mövzular üzrə maarifləndirilib. İştirakçılar müxtəlif sahələrdə çalışan və uğur qazanmış 7 xanım spikerin seminarlarını  dinləyərək təhsil, peşə, karyera , valideynlik və analıqla bağlı hər bir müasir xanımın bilməli olduğu məlumatlarla tanış olublar.

Daha sonra müxtəlif yarışlar ,oyunlar  keçirilib və bol bol hədiyyələr paylanılıb. Rəqs və musiqi nömrələri nümayiş olunub.

Zəminə Hüseyn
Fins.az