SOSİUM

11 May

Ümumilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - FOTO

Mayın 10-da Əmanətlərin Sığortalanması Fondunda müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə tədbir keçirilib.

Fins.az xəbər verir ki, ilk öncə Azərbaycan Respublikasının Dövlət himni səslənmiş, ardınca isə Ümumilli lider və vətən uğrunda şəhid olmuş qəhrəman oğul və qızlarımızın ruhları 1 dəqiqəlik sükutla yad edilib.

Tədbirin gedişatında ƏSF-nin İcraçı direktoru Tural Piriyev və Fond rəsmiləri ölkəmizin əldə etdiyi bütün nailiyyətlərin təməlində Ulu Öndər, Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində müəyyənləşdirilən hərtərəfli inkişaf strategiyasının dayandığını vurğulayıblar. Sonda, Ulu Öndər Heydər Əliyevə həsr olunan videoçarx nümayiş etdirilib.