SƏNAYE

25 May

Günəş enerjisinə investisiyalar bu il ilk dəfə olaraq neft hasilatı xərclərini ötəcək

Beynəlxalq Enerji Agentliyinin (IEA) Dünya Enerji İnvestisiyaları hesabatına görə, qlobal enerji böhranının səbəb olduğu enerji təhlükəsizliyi narahatlıqları səbəbindən təmiz enerji investisiyaları qalıq yanacaq xərclərini qabaqlayır.

Fins.az "Anadolu Ajansı"na istinadən xəbər verir ki,2021-2023-cü illərdə təmiz enerji investisiyalarının illik bazda 24%, qalıq yanacaq investisiyalarının isə 15% artacağı hesablanır.

2,8 trilyon dollarlıq investisiyanın 1,7 trilyon dollarının təmiz enerji texnologiyaları üçün olacağı və günəş enerjisi investisiyalarının ilk dəfə olaraq neft hasilatı xərclərini aşacağı proqnozlaşdırılır.