QARABAĞ

10 May

Qarabağ və Şərqi Zəngəzurda \"ASAN xidmət\" mərkəzləri inşa olunacaq

Həm Qarabağ, həm də Şərqi Zəngəzur iqtisadi rayonlarında "ASAN xidmət" mərkəzləri inşa olunacaq.

Fins.az xəbər verir ki, bunu bu gün Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev jurnalistlərə deyib.

Onun sözlərinə görə, mərkəzlər işğaldan azad olunmuş ərazilər bərpa olunduqca inşa ediləcək.

"Bildiyiniz kimi, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində şəhər və kəndlərin, həmçinin mədəni irs obyektlərinin bərpası üzrə işlər davam etdirilir. Bu ərazilərdə şəhər və kəndlər bərpa olunduqca həm Qarabağ, həm də Şərqi Zəngəzur iqtisadi rayonlarında "ASAN xidmət" mərkəzləri inşa ediləcək", - o deyib.