QARABAĞ

21 Yanvar

Xankəndi yolundan RSK-ya məxsus 24 avtomobil keçdi - FOTO

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

Fins.Az Trend-iə istinadən xəbər verir ki, hazırda aksiya yerindən Xankəndindən Laçın istiqamətə 3 minik, 21 yük avtomobili keçid edib.

Aksiya iştirakçıları heç bir maneə törətmədən onların keçidinə şərait yaradıb.