QARABAĞ

19 Yanvar

Ekoaksiya: Rusiya sülhməramlılarının növbəti avtomobil karvanı aksiya ərazisindən sərbəst keçib

Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 39-cu günündə də Rusiya sülhməramlılarına məxsus avtomobillər aksiya ərazisindən maneəsiz keçirlər.

Fins.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus 16 avtomobilin Laçından Xankəndi istiqamətinə, 1 avtomobilin isə əks istiqamətə sərbəst hərəkəti təmin edilib. Bu saata qədər aksiya ərazisindən 10 keçid qeydə alınıb.

Bu, bir daha onu göstərir ki, ərazidə hərəkətin sərbəstliyi mütəmadi olaraq təmin olunur. Heç də siyasi xarakter daşımayan aksiya humanitar məqsədlərə xidmət edir.

Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.