DÜNYA

22 May

Çin ABŞ-ın çip istehsalçısı \"Micron\"un məhsullarına qadağa qoyub

Çin ABŞ-ın çip istehsalçısı "Micron Technology"nin məhsullarının "ciddi şəbəkə təhlükəsizliyi riskləri" yaratdığını və əsas infrastruktur operatorlarının şirkətə təchizat verməsini qadağan edəcək.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, Çin "Micron"dan məhsul almağı qadağan edəcəyini elan etdikdən sonra Çin çip istehsalçılarının səhmləri kütləvi şəkildə artıb.

Honq-Konqda siyahıya alınmış "Hua Hong Semiconductor" bazar ertəsi günü 3,14 faiz, SMIC isə 2,64 faiz bahalaşıb.

"GigaDevice Semiconductor" və "Ingenic" yarımkeçirici kimi materik Çindəki digər çip istehsalçıları da müvafiq olaraq 3,74 faiz və 8,08 faiz qazanc əldə ediblər.

Zəminə Hüseyn
Fins.az