DÜNYA

18 May

Pasport rüsumlarının ən yüksək olduğu ölkələr açıqlanıb

Pasport rüsumları ən yüksək olan ölkələrin siyahısı açıqlanıb.

Fins.az "Dünya Gazetesi"nə istinadən xəbər verir ki, ən yüksək rüsuma görə pasport verən ölkə Avstraliya olub.

Avstraliyada pasportun qiyməti 230 dollar olaraq açıqlanıb. Meksika dünyanın ən bahalı pasportları siyahısında  170 dollarla ikinci yerdədir. Avropa ölkəsi İsveçrə 140 dollarla 3-cü yerdədir. İtaliya siyahıda 4-cü yerdədir. Ölkənin pasportunun rüsumu 135 dollardır. ABŞ 130 dollarla 5-ci yerdədir. Türkiyə isə 110 dollarlıq pasport rüsumu ilə siyahıda 10-cu yeri tutub.

Zəminə Hüseyn
Fins.az