DÜNYA

18 May

BT Group 40-55 min işçini ixtisar edəcək

Britaniyanın ən böyük şəbəkə operatoru "BT Group" 2030-cu ilə qədər işçi qüvvəsini  azaltmağı planlaşdırdığını açıqlayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, şirkət 40-55 min işçini ixtisar etməyi planlaşdırdığını bildirib.

Xərclərini azaltmaq və mənfəətini artırmaq üçün BT 2028-2030-cu maliyyə illərində işçilərin ümumi sayını 130 mindən 75 minə endirəcəyini vurğulayıb.

Bu o deməkdir ki, şirkət 7 ilə qədər ümumi işçilərin sayını 40 faizzdən çox azaldacaq. 

"BT Group"un səhmləri bu il indiyədək 32 % artıb.

Zəminə Hüseyn
Fins.az