DÜNYA

17 May

Yaponiyada ÜDM gözləntilərin üzərində böyüyüb

Yaponiya iqtisadiyyatı birinci rübdə gözləniləndən daha sürətli böyüyüb, buna səbəb olaraq pandemiya məhdudiyyətlərinin aradan qaldırılmasından sonra turizmin bərpasının kömək etdiyi vurğulanıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, Yaponiyanın nominal Ümumi Daxili Məhsul (ÜDM) rekord həddə çataraq 570,1 trilyon yen olub. ÜDM ilk dəfə pandemiyadan əvvəlki pik həddini aşdı.

2023-cü ilin birinci rübündə ÜDM keçən ilin eyni dövrü ilə müqayisədə 1,6 % artıb. Əvvəlki rüblə müqayisədə 0,4 % artıb.

İqtisadçılar ÜDM-in illik müqayisədə 0,7 %, əvvəlki rüblə müqayisədə isə 0,1 % artacağını gözləyirdilər.

Zəminə Hüseyn
Fins.az