DÜNYA

16 May

Avrozona martda 25,6 milyard avroluq xarici ticarət profisiti verib

Avropa Statistika İdarəsi (Eurostat) Aİ və Avrozonanın mart ayı beynəlxalq ticarət məlumatlarını açıqlayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, Avrozonada ticarət profisiti mart ayında 25,6 milyard avro olaraq qeydə alınıb.

Avrozonada ixrac mart ayında 2022-ci ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz artaraq 269,2 milyard avro, idxal isə 10 faiz azalaraq 243,6 milyard avro olub.

Sözügedən dövrdə Aİ ölkələrindən ən çox idxal edən ölkələr 47,2 milyard avro ilə ABŞ, 32 milyard avro ilə Böyük Britaniya, 20,4 milyard avro ilə Çin, 18,2 milyard avro ilə İsveçrə və 10,9 milyard avro ilə Türkiyə olub.

Aİ ölkələrinə ən çox ixrac edən ölkələr 42,1 milyard avro ilə Çin, 30,9 milyard avro ilə ABŞ, 16 milyard avro ilə İngiltərə, 12,2 milyard avro ilə İsveçrə, 11 milyard avro və 8,3 milyard avro ilə Norveç olub.

Zəminə Hüseyn
Fins.az