DÜNYA

15 May

Avropa Komissiyası “Brent” neftinin qiyməti üzrə proqnozunu yüksəldib

Avropa Komissiyası 2023-2024-cü illər üçün “Brent” markalı neftin bir barelinin qiyməti üzrə proqnozunu yüksəldib.

Fins.az Avropa Komissiyasına istinadən xəbər verir ki, qurum 2023-cü ildə "Brent" markalı etalon neftin orta qiyməti ilə bağlı proqnozunu 63,9 ABŞ dollarından 76,3 dollaradək yüksəldib.

Proqnoza görə, 2024-cü ildə “Brent” neftinin qiyməti 72,1 dollar təşkil edəcək (öncəki proqnoza əsasən 61,6 dollar).