DÜNYA

11 May

Azərbaycanda problemli kreditlərlə bağlı proqnoz açıqlanıb

"SP Global Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanda bank sektoru üzrə problemli kreditlərlə bağlı proqnozunu açıqlayıb.

Fins.az-ın məlumatına görə, agentlik 2025-ci ilə kimi Azərbaycanda problemli kreditlərin nisbətən artacağını proqnozlaşdırıb.

Belə ki, 2022-ci il üzrə vaxtı ötmüş kreditlərin ümumi kredit portelinə nisbəti 2,9% təşkil edib. "Standard Poor's" bu il üzrə problemli kreditlərin 3,1%, 2024-cü ildə isə 3,2%-ə kimi artacağını müəyyən edib.

SP bank sektorunda kredit itkilərinin artacağını proqnozlaşdırıb. Reyinq agentliyi kredit itkilərinin ümumi kredit portfelinə nisbətinin 2023 və 2024-cü illər üçün 1,2% müəyyən edib. Qeyd edək ki, ötən il üzrə bu rəqəm 1% təşkil edib.