DÜNYA

11 May

\"Skoda\"nın mənfəəti 43% azalıb

Çexiyanın "Skoda" avtomobil konserninin ötən il mənfəəti illik müqayisədə 43% azalıb.

Fins.az xəbər verir ki, bu barədə şirkətin idarə heyəti məlumat açıqlayıb.

Məlumata görə, mənfəətin azalması şirkətin avtomobillərinə tələbatın çox olduğu Rusiyanı tərk etməsi ilə bağlıdır. Bundan əlavə, Çində "Skoda" avtomobillərinin satışı illik müqayisədə 23% azalıb.