DÜNYA

11 May

Microsoft bu il işçilərin maaşlarını artırmayacaq

ABŞ-ın texnologiya şirkəti "Microsoft"un bu il tam ştatlı işçilərinin maaşlarını artırmayacağı bildirilib. "Microsoft"un baş icraçı direktoru (CEO) Satya Nadella məsələ ilə bağlı şirkət işçilərinə elektron məktub göndərib.

Fins.az "Anadolu Ajansı"na istinadən xəbər verir ki, elektron poçtda bu il saatlıq işçilər üçün maaş artımı olacağını, lakin tam ştatlı işçilər üçün artım olmayacağı vurğulanıb.

Bonusların verilməyə davam edəcəyinə diqqət çəkən Nadella, sözügedən qərarın şirkəti uzunmüddətli müvəffəqiyyətə hazırlamaq üçün lazımlı olduğuna inandıqlarını bildirib.