DÜNYA

17 May

Rusiya “YouTube”a girişi əngəlləmək niyyətində deyil

“Rusiya hakimiyyəti “YouTube” videohostinqinə girişi əngəlləmək niyyətində deyil”.

Bunu Rusiyanın Rəqəmsal İnkişaf naziri Maksut Şadayev bildirib.

“Hər şeydən əvvəl, nəyisə məhdudlaşdıran zaman aydın başa düşməliyik ki, istifadəçilərimiz əziyyət çəkməyəcək”, - deyə rusiyalı nazir vurğulayıb.

O xatırladıb ki, Rusiyanın qarşısında onunla rəqabət apara biləcək Amerika video platformasının analoqunu yaratmaq vəzifəsi durur.

Rusiya xarici işlər naziri Sergey Lavrov isə ölkədə internetin söndürülməsi ehtimalını istisna etdiyini bildirib. Onun sözlərinə görə, prezidentin indi aydın şəkildə qarşıya qoyduğu tapşırıqlar yerinə yetiriləcək və heç kim internetə çıxışsız qalmayacaq.