DÜNYA

17 May

“Saudi Aramco”nun mənfəəti artıb

Neftin kəskin bahalaşması "Saudi Aramco" şirkətinin gəlirlərinin kəskin artmasına səbəb olub.

Şirkətin hesabatında göstərilir ki, ilk rübdə mənfəət 82% artıb. Hesabat dövründə xalis mənfəət 39,5 milyard dollar təşkil edib. Halbuki ötən ilin müvafiq dövründə göstərici 21,7 milyard dollar olub.

Bu, Səudiyyə şirkətinin 2019-cu ildə birjaya daxil olduqdan sonra əldə etdiyi ən yüksək göstəricidir. Mənfəətin artması 3 amillə izah olunur: xam neftin bahalaşması, hasilatın artması və maya dəyərinin azalması.