DÜNYA

29 Aprel

Koronavirus ilə mübarizədə “qalib” ölkələr açıqlandı

Avstraliya, Yeni Zelandiya və Cənubi Koreya koronavirusla mübarizədə qalib gələn az saylı ölkələrdən biridirlər.

Fins.az xəbər verir ki, bu barədə CNBC-nin ekspertləri məlumat verib.

Bu dövlətlər Covid-19 infeksiyasının yayılmasının qarşısını tez bir zamanda aradan qaldırıblar. İndi onlar investorlar üçün daha cəlbedici görünürlər ki, bu da öz əksini milli valyutaların möhkəmlənməsində tapır.

Qeyd edək ki, onların hər üçünün ticarət tərəfdaşlarından biri Çindir.
Mütəxəssislərin bildirdiyi kimi, Covid-19 infeksiyası dünyanın demək olar ki, bütün ölkələrində qeydə alınıb. Ümumilikdə, yoluxanların sayı 3 milyon nəfərdən çoxdur.

©Banker