AVTO

18 Mart

Azərbaycanın minik avtomobili idxalına çəkdiyi xərc 80 mln. dollar artıb

Azərbaycan yanvar-fevral aylarında 175,2 milyon ABŞ dolları dəyərində adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobili və digər mühərrikli nəqliyyat vasitəsi idxal edib.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 84,2% və ya 80,1 milyon dollar çoxdur.

Əlavə edək ki, Azərbaycan ötən 2 ayda ümumi avtomobil idxalına 199,3 milyon manat xərc çəkib.