AQRO

11 Aprel

Neftçalada ət və süd məhsullarının istehsalı artıb

Neftçala rayonunda mal-qaranın baş sayı və heyvandarlıq məhsullarının istehsalı artıb.

Fins.az xəbər verir ki, Rayon Statistika İdarəsindən bildirilib ki, Neftçala rayon təsərrüfatlarında 2023-cü ilin birinci rübündə iribuynuzlu mal–qaranın baş sayı 43 min 925 başa çatıb. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə 379 baş və ya 0,9 faiz çoxdur.

İnək və camışların baş sayı 22 min 281 başa çatıb. Qoyun və keçilərin baş sayı isə 3084 baş artaraq 147 min 929 baş olub. Rayon üzrə təsərrüfatlar hesabına 1645,5 ton ət istehsal edilib. Onun 701,2 tonunu quş əti təşkil edib. Süd istehsalı 5710,5 ton, yumurta istehsalı 4 milyon 315 min ədəd istehsal olub.