AQRO

05 Aprel

Yardımlıda yazlıq bitkilərin əkini davam edir

Yardımlıda 2023-cü ilin məhsulu üçün yazlıq bitkilərin əkin kampaniyası davam edir.

Fins.az xəbər verir ki, Rayon Statistika İdarəsindən  bildirilib ki, aprel ayının əvvəlinə olan məlumatlara əsasən, rayon üzrə 825 hektar sahədə müxtəlif növ yazlıq bitkilər əkilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 36 hektar çoxdur.

Yazlıq əkin sahəsinin 226 hektarı dənli və dənli paxlalı bitkilər, 483 hektarı kartof, 116 hektarı isə müxtəlif növ tərəvəz bitkiləridir. Yazlıq bitkilərin əkinin əsasını kartof sahəsi təşkil edir.

Rayonun Yolocaq, Vərov və Horavar ərazi nümayəndəliklərinin əhali təsərrüfatları əkin kampaniyasında daha fəaldırlar.

Hazırda əkin işləri davam edir.