VAKANSİYA

19 Fevral

\"NORM\" işçi axtarır – VAKANSİYA

Norm Sement zavodu  Planlama üzrə Aparıcı Mühəndis vəzifəsinə işçi axtarır.

Tələblər:

• Mexanika, Sənaye və ya Elektrika,Elektronika mühəndisliyi üzrə ali bakalavr/magistr təhsili
• Bu və ya oxşar sahədə ən azı 3 il iş təcrübəsi
• İngilis və Rus dili biliyi
• MS Office, SAP, Ms Project, Primavera programlarından istifadə bacarığı
• Avadanlıqların iş prinsipini və hissələri barəsində məlumatlı olmaq (Sement zavodu avadanlıqları)
• Hesabat hazırlama və analiz etmə bacarığı

Tələb olunan kompetensiyalar:

• Müştəriyönümlülük
• Davamlı inkişaf
• Bütövlük
• Əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarından xəbərdar olma

Əsas vəzifə və öhdəliklər:

• Təhlükəsizlik, idarə etmə və istismar meyarlarını nəzərə alaraq planlaşdırılmış texniki təmir işlərinin həyata keçirilməsinə görə cavabdehlik.
• Qeydiyyat kartlarının tərtib edilməsi, Şirkətin kataloqlarının, ehtiyyat hissələrin siyahılarının tərtibatı və yenilənməsi, Layihə üzrə dəyişikliklərin/modifikasiyaların tətbiqi, maşın və mexanizmlərin kartlarının tamamlanması, qurğu hissələrinin kartlarının, yoxlama kartlarının, yağlama və xidmət kartlarının, standart profilaktik təmir və qoruyucu yağlama kartlarının tərtibatı.
• Mexaniki təmir və Planlama şöbəsi üçün texniki təmir materiallarının və ehtiyat hissələrin siyahısının hazırlanması, hissələrin təmininin təşkili, təchizatında iştirak etmək və standartlaşdırılmasını təmin etmək.
• İllik sifarişlərə daxil olmayan ayrı-ayrı tələblərin təmin edilməsi və prosedurların həyata keçirilməsi.
• Zavodda podratçıların vasitəsilə həyata keçiriləcək texniki təmir işlərinin təşkili.
• Avadanlıqların nasazlıqları üzündən baş vermiş dayanma hallarında avtomatlaşdırılmış texniki təmir və qüsurların araşdırılması ilə bağlı proqramların işlənib hazırlanması:
 o Hər ay toplantıların, baş vermiş qəzalarla bağlı araşdırmaların təşkili
 o Qəzaların təkrarlanması ilə bağlı toplantılarda qəbul olunmuş qərarlara uyğun zəruri tədbirlərin həyata keçirilməsinin təmin edilməsi
• Mexaniki təmir və planlama şöbəsinin arxivində avadanlıqların texniki ədəbiyyatlarının və cizgilərin arxivləşdirilməsi, çatışmayan cizgilərin əldə olunması, bununla bağlı işlərin əlaqələndirilməsi və təşkili.
• Texniki təmirin avtomatlaşdırılmasının təmin olunması, hər ayın sonunda istismar və qəzaların təhlili ilə bağlı aylıq hesabatların hazırlanması.
• Texniki təmir heyətinin aylıq hesabatlarla bağlı işində iştirak etmək.
• İllik büdcənin hazırlanması, izlənilməsi və illik texniki təmir xərclərinin tərtibi.
• Planlama bölməsi ilə əlaqədar müxtəlif təlim materiallarının hazırlanması, işçi heyətinə təlim keçirilməsi, bölmənin işçilərin illik təlim ehtiyaclarının müəyyən edilməsi.
• Mövcud ilin büdcəsinə nəzarət və yeni ilin büdcəsinin tərtibi.
• Planlama bölməsinin heyətlərinin fəaliyyətini izləmək, xidmətlə bağlı zəruri təlimatlar vermək və işin təşkilini dəyişmək səlahiyyətləri.

CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan CV-lərə baxılmayacaqdır.

CV-lərin təqdim olunması üçün son tarix: 01.03.2021