BANK

06 May

AMB sədri Taleh Kazımov bankların rəhbər şəxsləri ilə görüşdü

Azərbaycan Mərkəzi Bankında (AMB) ölkənin əsas bank rəhbərləri ilə görüş keçirilib.

Fins.az xəbər verir ki bu barədə AMB sədri Taleh Kazımov özünün "X" hesabında qeyd edib.

"Azərbaycan Banklar Assosiasiyasının rəyasət heyətinə daxil olan bankların rəhbər şəxsləri ilə görüşdük. Görüşdə cari ilin ilk rübünün nəticələrini və sektorun gündəmində olan mühüm məsələləri nəzərdən keçirdik. Həmçinin maktoriqtisadi amillər, banklararası bazarda və ümumilikdə sektorda mövcud olan meyillər ətrafında fikir mübadiləsi apardıq"- Mərkəzi Bank sədri əlavə edib.

Fuad Mədətov
Fins.az